Rəşad Ramazanova hökm oxundu

Bloqer Rəşad Ramazanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 

Gununsesi.info – nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

 

Hökmə əsasən, R.Ramazanov qanunsuz narkotik dövriyyəsində təqsirli bilinərək 5 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, prokuror Ramazanovun 10 il azadlıqdan məhrum edilməsini tələb etmişdi. R.Ramazanov əvvəllər də narkotik dövriyyəsinə görə məhkum edilib.

 

 

Gununsesi.info