“Fransanın Nigerdəki səfiri girov götürülüb” - Makron

  • By ilhame
  • 15 Sentyabr 2023 22:49

“Fransanın Nigerdəki səfiri sözün həqiqi mənasında girov götürülüb”.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlaması zamanı deyib.

“Hazırda Nigerdəki səfirliyə ərzaq çatdırılmasına maneə törədilir. Səfir hərbi norma ilə qidalanır” – deyə Makron bildirib.

Xatırladaq ki, Nigerdə dövlət çevrilişindən sonra hərbçilər Fransa səfirinin ölkədən çıxmasını tələb etsələr də, o, səfirlik ərazisini tərk etməyib.

 

Gununsesi.info