İngiltərə Premyer Liqası barədə qərar verildi

İngiltərə Premyer Liqası barədə qərar verildi

Koronavirus pandemiyasına görə İngiltərə Premyer Liqasındakı fasilənin müddəti uzadılıb.

Gununsesi.org-un məlumatına görə, bu barədə çempionatın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, oyunlar qeyri-müəyyən müddətədək təxirə salınıb. Həmçinin ölkədə virusla bağlı vəziyyət düzəlməyənə qədər oyunların keçirilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də dayandırılıb.

 

 

Gununsesi.org

COMMENTS