Dünyanın gözlədiyi təqvim açıqlandı: Ağ Ev üçün prezident seçkiləri bu tarixdə keçiriləcək

Dünyanın gözlədiyi təqvim açıqlandı: Ağ Ev üçün prezident seçkiləri bu tarixdə keçiriləcək

Koronavirus pandemiyasına baxmayaraq, ABŞ-da prezident seçkiləri öncədən planlaşdırıldığı kimi noyabrın 3-də keçiriləcək.

Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib

Dövlət başçısı poçt vasitəsilə məsafədən səsvermə variantını rədd edərək bildirib ki, bəzi vətəndaşlar fırıldaq edə bilərlər.

“İnsanlar məntəqələrə gələrək şəxsiyyətini təsdiq edən vəsiqələrini təqdim etməlidirlər”, – deyə Amerika lideri qeyd edib.

Xatırladaq ki, ABŞ-da seçki kampaniyası koronavirus pandemiyası səbəbindən, demək olar ki, dayandırılıb. Bəzi ştatlarda yaz aylarında  keçirilməli olan ilkin seçkilər yaya təxirə salınıb.

Xəbər oxu.az saytında dərc edilib.

Gununsesi.org

COMMENTS