
İndoneziyada həkimlər son sutka ərzində 21 mindən çox COVID-19 ilə yoluxma qeydə alıblar ki, bu da ölkə üçün yeni bir anti-rekord olub.
Gununsesi.info xəbər verir ki, ümumilikdə, pandemiya zamanı 2,1 milyondan çox yoluxma faktı aşkar edilib, 57 138 xəstə COVID-19-un yaratdığı fəsadlardan ölüb.
İndoneziya hakimiyyəti yoluxmaların artması ilə xəstəxanaların xəstə axınının öhdəsindən gələ bilməməsinə səbəb olacağından qorxur.