Odessa küçələri suyun altında qalıb – FOTO/VİDEO

Ukraynanın Odessa şəhərində güclü qasırğa və leysan qeydə alınıb.

Yerli KİV-də yayılan məlumatlara görə, gecə saatlarında şəhər küçələrini su basıb.

Yağış suları mağazalara və binaların girişlərinə dolub. Bəzi ərazilərdə elektrik təchizatı dayandırılıb.

Həmçinin, əlverişsiz hava şəraiti səbəbindən dörd sərnişin təyyarəsi, o cümlədən də İstanbuldan gələn Türk Hava Yollarına məxsus avialayner Odessa hava limanında yer enə bilməyib.

Gununsesi.info