“Peyvəndlər ədalətli paylansaydı, biz pandemiyaya nəzarət edə bilərdik”

Dünyada koronavirusa qarşı peyvəndlərə bərabərhüquqlu əlçatanlığın təmin edilməsi pandemiya ilə mübarizəni asanlaşdıra bilər.

Gununsesi.info-nun məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Baş direktor bildirib:

“Acı həqiqət budur ki, peyvəndlər ədalətli əsaslarla paylansaydı, hazırda biz pandemiyaya nəzarət edə bilərdik”.

Onun sözlərinə görə, dünya ölkələri kifayət qədər məlumat, bioloji nümunələr, mənbələr, texnologiyalar və alətlərlə paylaşmırlar: “Böyük maliyyə və geosiyasi qüvvələri olan dövlətlər qlobal peyvənd tədarükünə nəzarəti ələ alıblar, dünyanın əksər yoxsul ölkələri isə unudulub”.