Mina partlaması nəticəsində polis əməkdaşları həlak oldu

Əfqanıstanın şərqindəki Qəzni şəhərində mina partlaması nəticəsində 4 polis əməkdaşı həlak olub.

Gununsesi.info-nun məlumatına görə, hadisə zamanı daha 3 nəfər yaralanıb.

Qeyd olunur ki, polis konvoyu keçərkən yolun kənarına yerləşdirilmiş iki mina partlayıb.

Həlak olanlardan biri şəhərin polis idarələrindən birinin rəhbəri olub.