d

P&G tərəfindən Azərbaycan və Türkiyədə yeni təyinatlar - FOTOLAR

36 ilə yaxın Türkiyədə və 25 il Azərbaycanda fəaliyyət göstərən, istehlakçılara “Fairy”, “Ariel”, “Pampers”, “Gillette”, “Oral-B”, “Head & Shoulders”, “Pantene”, “Safeguard”, “Old Spice” və “Always” kimi 15-dən artıq gigiyena və təmizlik məhsulları brendi ilə xidmət göstərən “Procter & Gamble” (P&G) şirkətində iki rəhbər vəzifəyə yeni təyinat olub.

P&G şirkəti tərəfindən Qafqaz və Orta Asiya respublikaları üzrə Ölkə meneceri – Baş Direktor olan Değer Kurtaslanoğlu yeni vəzifəyə – Türkiyə, Qafqaz və Orta Asiya respublikaları üzrə Kommersiya əməliyyatları üzrə vitse-prezident vəzifəsinə təyin olunub.

HTML tutorial

Hazırda şirkətdə Qafqaz və Orta Asiya respublikaları üzrə Korporativ Bazar Strategiyası və Planlaşdırma Direktoru olan İrakli Qabriadze isə Qafqaz və Orta Asiya respublikaları üzrə Ölkə meneceri – Baş direktor vəzifəsinə təyinat alıb.

Türkiyənin Orta Şərq Texniki Universitetində Biznesin İdarə Edilməsi üzrə bakalavr dərəcəsi alan Değer Kurtaslanoğlu karyerasına 2000-ci ildə P&G Türkiyədə Regional Menecer kimi başlayıb. Treyd-Marketinq Meneceri, P&G Türkiyə Müştərilərlə iş üzrə Qrup Meneceri, P&G Türkiyə Milli və Birbaşa Müştəriləri üzrə Direktor, P&G Türkiyə / Şimali Kipr Distribüter Əməliyyatları və müştəriləri üzrə direktoru kimi vəzifələrdə çalışıb.

Karyerasına 2005-ci ildə P&G Azərbaycanda Regional Menecer kimi başlayan İrakli Qabriadze Qafqaz Distribüter Əməliyyatları Meneceri, Qafqaz Korporativ Treyd-Marketinq Meneceri, Qafqaz Bazar Strategiyası və Planlaşdırma Meneceri, Cenevrədə P&G Yaxın Şərq və Afrika Strategiya və Planlaşdırılması Meneceri, Qafqaz Bazar Strategiyası və Planlaşdırma Direktoru, P&G Yaponiya Davamlı İnkişaf Lideri və Braun Direktoru kimi vəzifələrdə çalışıb. İrakli ABŞ-nin FLEX proqramı məzunudur (2001), Qafqaz Biznes Məktəbində beynəlxalq biznes üzrə bakalavr dərəcəsi alıb və 2022-ci ilin iyun ayından P&G Qafqaz və Orta Asiya respublikaları üzrə Biznesin İnkişafı Direktoru vəzifəsində çalışıb.

 İrakli Qabriadze

Değer Kurtaslanoğlu

Gununsesi.info