İlkin Rüstəmzadə həbs edilir? –EHSAN ZAHİDOV DEYİR Kİ... - RƏSMİ

İlkin Rüstəmzadə həbs edilir? –

Keçmiş siyasi məhbus, gənc fəal İlkin Rüstəmzadə özünün sosial şəbəkə hesabında həbs ediləcəyi barədə anons edib. İlkin Rüstəmzadənin sözlərinə görə, buna səbəb onun sosial şəbəkədəki çıxışları olub. İlkin Rüstəmzadə hazırda evinin mühasirədə olduğunu qeyd edərək ictimaiyyətdən dəstək istəyib.

Məsələ ilə bağlı Gununsesi.org Daxili İşlər Nazirliyinin Mətbuat Katibi Ehsan Zahidovdan münasibət öyrənib. Nazirlik rəsmisi qeyd edib ki, İlkin Rüstəmzadə polisə dəvət edilirsə, getməlidir.

“Kimdir o? Kimdir e İlkin Rüstəmzadə? Polis dəvət edir, getsin polisə də. Mən bilmirəm, İlkin Rüstəmzadə kimdir?! Amma hər bir vətəndaş polis orqanı tərəfindən dəvət edilirsə, mütləq qaydada getməlidir”.

Qeyd edək ki, İlkin Rüstəmzadə 2013-cü ildə həbs edilmişdi. O, 6 ilə yaxın məhbəs həyatından sonra bir il öncə azadlığa buraxılmışdı.

 

Arzu

Gununsesi.org

COMMENTS