İki nəfəri bıçaqladı, digərini isə güllələdi

Qazax rayon sakini R.Əlirzayevə və S.Mansurova bıçaqla, K.Məmmədovun isə ayaq nahiyəsinə odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən E.Hüseynov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, E.Hüseynovdan nömrəsi silinmiş “Makarov” markalı tapança və bir patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.