
Peşəkar boks üzrə ağır çəkidə Tayson Fyuri ilə Aleksandr Usik arasında revanş döyüşünün tarixi məlum olub.
Gununsesi.info -nun verdiyi xəbərə əsasən , Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin sədri Turki Alalşih bu barədə danışıb.
O, döyüşün bu il dekabrın 24-də Ər-Riyadda keçiriləcəyini bildirib.
Qeyd edək ki, boksçular arasında mayın 18-də Ər-Riyadda baş tutan görüşdə T.Fyurini məğlub edən A.Usik mütləq dünya çempionu olub.