Rusiyada son sutka ərzində daha 10 598 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 262 843-ə çatıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 202 199 nəfər təşkil edir.
Ötən gün ərzində xəstəlik səbəbindən daha 113 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 2 418-ə çatıb. Ümumilikdə 58 226 pasiyent isə sağalaraq evinə buraxılıb.
Gununsesi.org
COMMENTS