Hirkan Milli Parkında yanğın davam edir – Nazirlikdən açıqlama

  • By arzu
  • 15 Yanvar 2021 12:53

“Dünən gecə satlarından başlayan yanğın Hirkan Milli Parkının Astara ərazisində, İranla həmsərhəd əraziyə yaxın hissədə baş verib”.

 

 Gununsesi.org-un məlumatına görə, bunu ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, küləyin güclü olması nəticəsində, həmçinin relyefin mürəkkəb olmasına görə, əraziyə yanğınsöndürənlər tətəfindən müdaxiləni çox çətinləşdirir: “Ancaq əl əməyindən istifadə olunur. Hirkan Milli Parkının əməkdaşları, həmçinin ərazidə mövcud olan meşə idarəsinin əməkdaşları, FHN-in yerli bölməsi, kənd camaatı da iştirak edirlər. Səhər saat 08:30 radələrində əlavə kömək məqsədilə bir qrup heyət də artıq yanğın yerinə göndərilib. Ərazidə külək azalsa da, yanğın hələ də davam dir. Gecə saatlarına görə yanğının qarşısı nisbətən alınıb”.

 Gununsesi.org