
Həsən Quliyevin layihəsi gerçəkləşərsə, hazırlanan cihazlar qitələrarası şəbəkə xəttlərinin müşahidəsi və raket daşıma sahəsində böyük faydalar verəcək
Azərbaycanda 13 yaşında Pilotsuz Uçan Aparatlarların(PUA) istehsalı ilə məşğul olan Həsən Quliyev yüksək istedadı ilə görənləri təccübləndirir. Yüksək texnologiyalı günümüzdə onun çoxsaylı layihələri yeni növ uçuş aparatlarının hazırlanması istiqamətindədir.
13 yaşlı Həsən “AzAstro” startapının təsisçisi və icraçı direktorudur. Startap PUA-lar, raketlər, model peyklər və onların hissələrinin istehsal edilməsi ilə məşğuldur və “İstikbal-1”, “İstikbal-2” və “Atilay” adlı 3 PUA layihəsi var.
“İstikbal-1” müşahidə təyinatlı drondur. Həm döyüş meydanında, həm də fövqəladə hallar (yanğın və s.) zamanı istifadə oluna bilər. Sərhədboyu zonaların yoxlama monitorinqini və müşahidəsini aparacaq.
“İstikbal-2” yük qabiliyyəti ilə raketləri daşıya biləcək. Müdafiə və məhvetmə əməliyyatlarında aktivliyini göstərəcək.
Hər ikisi 24 saatdan çox uçuş müddətinə, 30 000 fitə qədər uçuş məsafəsinə malik olacaq. Əlavə olaraq hədəfi izləmə, lazerlə işarələmə, xəritələmə kimi özəlliyi olacaq. İstikbal adını isə Atatürkdən və Rəsulzadədən ilhamlanaraq, iki dövlətin dostluğu rəmzinə seçibdir.
“Atilay” sualtı dron layihəsidir. 100 metrə qədər su altında istifadə oluna bilər. Neft-qaz boru kəmərləri, qitələrarası şəbəkə xəttlərinin müşahidəsinin aparılmasında iştirak edəcək. Fiber-optik internet xəttlərində də öz aktivliyini göstərəcək.
Həsən yaşının azlığına baxmayaraq, özünə böyük heyət yığa bilib. Komandasında 55-dən çox adam işləyir. Texniki komandasında azərbaycanlılar ilə birlikdə, xarici mühəndislər də işləyir: Türkiyə, hindistanlı, iranlı. Komandanın hər bir üzvü könüllü olaraq fəaliyyət göstərir.
Startap sıfır sərmayə ilə qurulub.
Hazırda “Azərkosmos” ASC ilə danışıqlar aparırlar.
Arzu