
Eçmiədzin(yerləşdiyi məkanın əsl türk adı Üçmüəzzin) erməni kilsəsi Azərbaycan Respublikasının nəzarətindən kənar ərazilərdə hələ də tör-töküntüəri qalan separatçı-terrorçu “müdafiə ordusu”na və Xankəndi şəhər “meriyası”na lazım olan tikinti işlərində və yeni(!) səngərlərin qurulması zamanı torpağı əllə qazmamaq üçün – hər birinə iki ekskavator hədiyyə edib.
Erməni apostol kilsəsinin dəftərxanasından belə məlumat yayılıb və müvafiq fotolar paylaşılıb.
Ekskavatorlar kilsənin Almaniya eparxiyasının səyləri və Halle, Leypsiq və Hamburqdakı erməni icmalarının topladığı vəsait hesabına əldə edilib.
Daha əvvəl erməni mediasında Qarabağda yeni(!) səngərlər qazmağın lazım olduğu və işğalçı hərbçilərin bunu əllə etməsi barədə informasiyalar yayılıb. Erməni istifadəçilər “müharibə stresindən və dəhşətlərindən canını qurtaran əsgərlərin” buna məcbur olmaqlarından narazılıqlarını ifadə ediblər…
P.S. Yəqin, Azərbaycan-Ermənistan dövlət sərhəddinin Laçın “dəhlizi”ndəki giriş-çıxış məntəqəsinə də nəzarət edən Rusiya sülhməramlıları bəhs edilən texnikaların Qarabağa hansı məqsədlə yollanılmasından xəbərsizdir…

Gununsesi.info