Millət vəkili intihar edən əsgərin dəfnində – FOTOLAR

  • By turana
  • 07 Yanvar 2021 16:54

Dünən Bakıda Mərkəzi Hərbi Klinik Hospitalda intihar edən əsgər bu gün dəfn olunub.

Gununsesi.info-nun xəbər verir ki, Goranboy rayonun Veyisli kəndində torpağa tapşırılan Vüsal Musayevin dəfnində Kəlbəcər rayonundan Millət Vəkili seçilmiş Aqil Məmmədov, rayon rəhbərliyi, hərbçilər və yaxınları iştirak edib.

Qeyd edək ki, Vüsal Musayev Vətən müharibəsində iştirak etmişdi. Yaralanan əsgərin həm də dərin psixoloji sarsıntılar keçirdiyi bildirilir.

Bildirək ki, mərhum V. Musayev Kəlbəcər rayonundan məcburi köçkün idi. Goranboy rayonunun Börü kəndində məskunlaşmışdı.

Allah rəhmət etsin!

 

 

 

Turanə Tağızadə 

Gununsesi.info