
Ötən gün beyninə qan sızma diaqnozu ilə İstanbulda Acıbadəm Xəstəxanasına yerləşdirilən Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin vəziyyəti nisbətən sabitləşib.
Məlumata əsasən, Cavanşir Quliyev bir qədər əvvəl reanimasiyadan palataya köçürülüb.
Bəstəkarın səhhətində müəyyən irəliləyiş olduğu bildirilir.