Hindistanda Surackənd yarmarkasında attraksionun uçması 1 nəfərin ölümü, 13 nəfərin xəsarət alması ilə nəticələnib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, faciə axşam saat 6 radələrində baş verib.
Belə ki, 26 nəfəri daşıyan yelləncəyin bir ucu öz oxu ətrafında fırlandıqdan sonra qəfildən boşalıb və yerə dəyib.
Məlumata görə, xəsarət alanları xilas etməyə çalışarkən bir polis müfəttişi həyatını itirib.












