
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov işdən çıxarılıb.
Gununsesi.info “Qafqazinfo”a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən dünən əmr imzalanıb.
Qeyd edək ki, son günlər bir çox rayonların Dövlət Yanğından Mühafizə Xidmətinin rəisləri də tutduqları vəzifələrdən azad olunublar.