
Bildiyimiz 44 günlük Vətən müharibəsi nəticəsində təcavüzkar Ermənistanın biabırçı məğlubiyyətindən sonra bu ölkədə ictimai-siyasi durum ağır olaraq qalmaqdadır. Müharibədən sonrakı bütün dövrlərdə də baş verən proseslər Azərbaycan diplomatiyasının təntənəsini bir daha sübut edirdi. İstər 2020-ci il 9/10 noyabr, istər 2021-ci ildə Moskvada və Brüsseldə keçirilən gərgin görüşlər Müzəffər Ali Baş Komandanın yenilməzliyini təsdiq edirdi.
Bütün bunlara baxmayaraq bugünədək həm daxildəki revanşist qüvvələr, həm də xaricdəki şovinist erməni millətçilərindən ibarət erməni diasporu heç cür bu məğlubiyyətlə barışmaq istəmir. Hətta təcavüzkar mahiyyətli erməni millətçilərininin arxasında duran və uzun illər onlara hər cürə dəstək və ilham verən dünya erməniliyi də sanki pusquda dayanaraq yeni bir münaqişə yaratmaq üçün fürsət gözləyirlər.
“Bəlkə də qaytardılar” xülyası ilə yenidən bir təxribat törətməyə çalışanlar Sülh danışıqlarının geridönməz proses olduğunu hələ də anlamırlar. Xüsusilə də əlləri Xocalı uşaqlarının qanına bulaşmış və törətdikləri hərbi cinayətləri ört basdır edən Sarkisyan və Koçaryan kimilər hər vəchlə hakimiyyətə gəlmək planı ilə yeni cinayətlər törətməyə cəhd edirlər. Çox təəssüf ki, bu qüvvələrin girovu olan və uzun onilliklər boyu beyni zəhərlənmiş erməni xalqı hələ də bir alət kimi istifadə edilir.
Bildiyimiz kimi Azərbaycan-Ermənistan arasında postmüharibə dövründə münasibətlərin normallaşması və bütövlükdə bölgənin gələcəyi naminə yetərli hüququ əsas var və bunun üçün hətta qarantor ölkələr və beynəlxalq təşkilatlar məlumdur, eləcə də birbaşa və ya dolayısı öhdəliklər müəyyənləşmişdir.
Buna baxmayaraq bu qüvvələr hələ də anlamırlar ki, bu proses artıq geri dönməzdir. Görünür vaxtilə hakimiyyətdə olmuş bir qrup cinayətkar erməni ünsürləri dünyada mövcud olan ikili standartlarla fitnə çıxaran imperialist qüvvələrə hələ də ümid edirlər. Hesab edirəm ki, 6 aprel 2022-ci il tarixində Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Azərbaycan Prezidenti, Ermənistanın Baş Naziri ilə keçirilən görüşlər və səsləndirilmiş bəyanatlar bu qüvvələrə tutarlı cavabdır.
Faşist xislətli erməni revanşistləri və erməni millətçiləri cənab Şarl Mişelin Brüssel görüşlərindən sonra verdiyi bəyanatdan dərs çıxarmaq əvəzinə daha çox ara qarışdırmaq və təxribat törətmək niyyətindədir. Əslində cənab Mişel bəyanatında səsləndirdikləri fikirlər hər zaman xalqımızın milli maraqlarını ifadə edən Azərbaycan xalqının əvəzedilməz lideri, möhtərəm cənab İlham Əliyev tərəfindən Sülh sazişi ilə bağlı Ermənistana göndərilmiş təkliflərin ifadəsi idi.
Bu mənada bu qüvvələr çox gözəl dərk edirlər ki, onlar Sülh sazişinə gedən yolda ancaq qara tikan kolu ola bilərlər. Sadəcə bir gün onların da hesab, sorğu-sual günün olacağını və uzun illər beyinlərini zəhərlədikləri əzilmiş və səfil durumda olan erməni xalqının onlardan haqq-hesab tələb edəcəyini dərk edirlər. Bu aqoniyada olan quldur Sarkisyan və Koçaryan kimilərin son çırpıntılarıdır. Azərbaycanın Müzəffər Ordusunun təcavüzkar Ermənistan üzərindəki möhtəşəm Zəfərlə çoxəsrlik saxta erməni tarixinin “qəhrəmanları”nın iç üzü tamamilə ifşa olunubdur. Artıq bütün dünya bilir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik diplomatiyası ilə uydurma erməni mifi darmadağın edilmişdir. Bugün hər kəsə gün kimi aydındır ki, erməni millətçiləri tərəfindən uydurulmuş və əsil mahiyyəti yalan, saxtakarlıq olan psevdo erməni tarixləri 44 günlük Vətən müharibəsindən sonra iflasa uğramışdır.
Əminəm ki, nə vaxtsa çağdaş erməni tarixinin ən utancverici səhifəsi olan “Böyük Erməbi Rüsvayçılığı” və ya “Saxta erməni tarixinin iflası” də qələmə alınacaqdır.
Üzümü uçurumun başında dayanan erməni xalqına müraciət edərək ,demək istəyirəm ki, nə qədər ki, gec deyil, erməni revanşistlərə, Sarkisyan və Köçəryan kimi xalqına qənim kəsilənlərə layiqincə cavab verin. Birdəfəlik bilin ki, bu bölgənin taleyinin açarı Azərbaycan Respublikasının Prezidentinin əlindədir.
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı
Gununsesi.info