
Tanınmış xanəndə Vüsalə Məmmədzadə dializdən əziyyət çəkir. Hazırda xanəndənin vəziyyəti yaxşı deyil.
Gununsesi.info xəbər verir ki, bu barədə xanəndənin yaxın tanışlarından olan Xanoğlan Heydərov məlumat verib.
“Gözəl sənətkarımızın səhhəti gündən-günə pisləşir. Maddi vəziyyətləri müalicəni davam etdirməyə imkan vermir. İnsanlarımız imkanları daxilində Vüsalə xanıma dəstək olsalar, onu həyata qaytara bilərik. Böyük lider Mustafa Kamal Atatürk deyib ki, sənətçilər toplumun şah damarıdır. Sənətçimizi qoruyaq” – deyə o qeyd edib.