Millət vəkili Naqif Həmzəyev vətəndaşların müraciətlərini dinləyib - FOTOLAR

Milli Məclisin deputatı Naqif Həmzəyev növbəti dəfə YAP Gəncə şəhər təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirib.

Seçiciləri fərdi qaydada qəbul edən millət vəkili, onların səsləndirdiyi müraciətləri dinləyib, vətəndaşları narahat edən problem və məsələlərlə tanış olub.

Müraciətlər əsasən, məşğulluq, maddi yardım, səhiyyə, kommunal xidmətlər və s. mövzularda olub. Bir neçə məsələ yerindəcə həllini tapıb. Digər məsələlər isə həll olunması üçün qeydiyyata alınıb.

Vətəndaşları diqqətlə dinləyən millət vəkili, ölkə Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq həyata keçirilən vətəndaş qəbulunda dilə gətirilən məsələlərin həlli istiqamətində aidiyyatı qurumlara müraciət edəcəyini və onları narahat edən problemlərin ən qısa müddətdə müsbət həll olunmasına köməklik göstərəcəyini diqqətə çatdırıb.

Gununsesi.info