Milli Məclis BMT ilə bağlı bu sənədi ratifikasiya edəcək

Milli Məclis “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nı ratifikasiya edəcək.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yanvarın 29-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Gununsesi.info