Tuva şəhərində zəlzələ baş verib.
Gununsesi.info bu barədə Moskva mediasına istinadən məlumat verir.
Bildirilir ki, zəlzələnin gücü 3.1 olub.
Seysmik hadisə Moskva vaxtı ilə səhər saat 7:30-da qeydə alınıb. Zəlzələnin episentri Qızıl rayonunda, Çerbi kəndindən 31 km şimal-şərqdə yerləşib.
Fövqəladə Hallar Nazirliyindən aydınlıq gətirilib ki, yeraltı titrəmələr hiss olunmayıb, əhalidən heç bir zəng daxil olmayıb və həyati əhəmiyyətli infrastruktur normal fəaliyyət göstərir.
Maqsud












