
“Hazırda ölkədə 982 qazlaşdırılmayan kənd var”.
Gununsesi.info xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
X.Hüseynov qeyd edib ki, təbii fəlakətlər nəticəsində zərər görən ağaclardan 72 min kubmetr oduncaq tədarükü görülüb:
“Hazırda ölkədə 982 qazlaşdırılmayan kəndlər var. Onlar arasında əsas diqqətimizdə olan 426 kənd var ki, onlar birbaşa meşə əraziləri ilə həmsərhəddir. Meşəətrafı qazlaşmayan kəndlərin odun yanacağına tələbatının ödənilməsi əsas məqsədimizdir və bu istiqamətdə geniş araşdırmalar aparırıq”.
Gununsesi.info