Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə koronavirus daşıyıcılarının sayı barədə danışıb.
Gununsesi.org bildirir ki, o, bu barədə Facebook səhifəsində yazıb: “Elmi tədqiqatlara görə, hazırda Ermənistanda 100 mindən çox infeksiya daşıyıcısı var”.
Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 13130 nəfərə çatıb.
Son sutkada 766 nəfər koronavirusa yoluxub, 10 nəfər ölüb.
İndiyə kimi Ermənistanda 200 nəfər virus səbəbi ilə ölüb.
Gununsesi.org
COMMENTS