Bu gün də yağış yağacaq

Martın 29-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi ərazilərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Güclü yağışlar səbəbindən bəzi yerlərdə subasma təhlükəsi qalmaqdadır.

Günün ikinci yarısından etibarən yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır. Paytaxtda temperatur gecə 8-11, gündüz isə 12-17 dərəcə isti təşkil edəcək.

Bölgələrdə də hava qeyri-sabit keçəcək. Rayonlarda şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda temperaturun gecə 7 dərəcəyə qədər şaxta olacağı və yolların buz bağlayacağı bildirilir. Aran rayonlarında gündüz saatlarında havanın 20 dərəcəyə qədər isinəcəyi gözlənilir.