Şimali Egeydə 72 qeyri-qanuni immiqrant tutulub

Egey dənizinin şimalında Çanaqqalanın Ayvacık rayonu sahillərində 72 qeyri-qanuni mühacir tutulub.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Sahil Təhlükəsizlik Şimali Ege Qrup Komandirliyi qrupları Ayvacık sahillərində üzən 2 rezin qayığı təsbit etdi.

Əraziyə “TCSG-28” sahil mühafizə gəmisi yönəldilib.

Komandalar Əfqanıstandan olan 26-sı uşaq olmaqla 72 qeyri-qanuni immiqrantı 2 qayıqla götürərək sahilə gətiriblər. Əməliyyatlardan sonra xarici vətəndaşlar Ayvacık Mühacir Ön Qəbul və Sövq Mərkəzinə təslim ediliblər.

Orxan Saffari

Gununsesi.info