
Çexiyanın paytaxtı Praqada təhsil müəssisəsində atışma olub, ölənlər var.
Gununsesi.info bu barədə “Sky News”a istinadən xəbər verir.
Çexiya polisi atışma zamanı hadisə yerində ölən və yaralananların olduğunu bildirib. Onların dəqiq sayı hələ müəyyən edilməyib.
Atışma Çarlz Universitetinin İncəsənət fakültəsinin ərazisində baş verib.
Hücum edən şəxs optikası olan uzun lüləli silahdan istifadə edib.
Sakinlərə ərazini tərk etmələri tövsiyə olunub.
Gununsesi.info