Şahin Bağırov idarə rəisini işdən çıxartdı -FOTO

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi işdən çıxarılıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı DGK sədrinin birinci müavini, sədr vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

HTML tutorial

Əmrə əsasən, komitənin Avtomobil Nəqliyyatı idarəsinin rəisi, gömrük xidməti polkovniki Simurq Cəfərov vəzifəsindən azad edilib.

Hələlik onun yerinə təyinat yoxdur.