Əhalinin Şuşaya köç tarixi açıqlandı

  • By ilhame
  • 19 Oktyabr 2023 20:22

Gələn ilin birinci rübündə əhalinin Şuşaya köçünə başlanılacaq.

Gununsesi.info xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

A.Kərimov bildirib ki, ilkin olaraq birdəfəlik 400-dək ailənin köçürülməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, yeni yaşayış kompleksinin tikintisi bu ilin sonuna yekunlaşacaq.

Gununsesi.info