Ağdamda birmərtəbəli evdə yanğın olub, tüstüdən zəhərlənən var

  • By ilhame
  • 28 Sentyabr 2023 21:51

Ağdamda birmərtəbəli evdə yanğın olub, tüstüdən zəhərlənən var.

Bu barədə Gununsesi.info-ya  Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, rayonun Quzanlı qəsəbəsində ümumi sahəsi 196 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 5 m² sahədə mebel yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info