“Sülh səyləri yeni dövrün başlanğıcıdır” -Ceyhun Bayramov

Azərbaycanın regionda sülh siyasəti yeni dövrün başlanğıcıdır.

Gununsesi.info xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilən tədbirdə deyib.

HTML tutorial

“Regiondakı yeni reallıqlar xarici siyasətimizin irəliləməsində mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artmaqdadır”, – nazir bildirib.

XİN başçısı çıxışı zamanı Qarabağ müharibəsində əldə olunan qələbənin beynəlxalq əhəmiyyətinə diqqət çəkib: “Ərazi bütövlüyümüzü döyüş meydanında bərpa etsək də, hesab edirəm ki, Azərbaycan diplomatik müstəvidə də ölkəmizin ərazi bütövlüyünü uğurlu şəkildə beynəlxalq ictimaiyyətə tanıdır və tanıtmaqdadır”.

Gununsesi.info