Ərdoğan NATO-nun sammitinə gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Vilnüsdə keçiriləcək NATO Dövlət və Hökumət Başçılarınıın Zirvə toplantısında iştirak etmək üçün 10-12 iyul tarixlərində Litva Respublikasına səfər edəcək.

Gununsesi.info xəbər verir ki, Sammitdə Ukraynadakı müharibə, eləcə də NATO coğrafiyasına qarşı strateji  fikir mübadiləsi aparılacaq.

HTML tutorial

Sammitdə Alyansın müdafiə strukturunun gücləndirilməsi və NATO tərəfindən müəyyən edilən əsas təhdidlər, ilk növbədə, bütün forma və təzahürlərdə terrorizm qarşısında çəkindirmə planları müzakirə olunacaq.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanın bu münasibətlə sammitdə iştirak edən həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info