
Fevralın 8-də Gürcüstan parlamentinin plenar iclasında Nazirlər Kabinetinə etimad məsələsi və “Avropa dövlətinin qurulması üçün” hökumət proqramı üzrə səsvermə keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Qanunvericilik orqanı qanun layihəsinə birinci oxunuşda baxılması üçün reqlamentlə müəyyən edilmiş qaydada plenar iclasda Gürcüstan hökumətinə etimad səsverməsinə səs verəcək.
Belə ki, baş nazir postuna namizəd əvvəlcə hökumət proqramını təqdim edəcək, ondan sonra parlamentarilər müvafiq suallar verəcəklər.
Parlamentin etimadını qazanmaq üçün 76 deputatın səs çoxluğunun dəstəyi lazımdır.
Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının hazırkı sədri İrakli Kobaxidze ölkənin baş naziri postuna namizədliyini irəli sürüb.
Gununsesi.info