
Gürcüstan Avropa İttifaqına (Aİ) namizədlik statusu qazanıb.
Gununsesi.info bildirir ki, bu barədə Aİ Komissyasının prezidenti Ursula von Der Leyen bildirib:
“Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq, Gürcüstana namizəd statusu vermək qərarına gəlmişik”.
Xanım prezident deyib ki, bu addım “strateji qərar və Birliyimizin tarixinə həkk olunacaq bir gündür”.
Qeyd edək ki, Gürcüstanın Aİ ilə Şərq Tərəfdaşlığı Proqramı ilə başlayan əməkdaşlığı nəticəsində qonşu ölkə ciddi iqtisadi və siyasi islahatlar həyata keçirib.
Elmar
Gununsesi.info