Gürcülər Ağdama səfər etdi

  • By admin
  • 17 Aprel 2022 19:49

Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərdən ibarət nümayəndə heyətinin işğaldan azad edilən Ağdam şəhərinə səfəri başlayıb.

Gununsesi.info  xəbər verir ki, qonaqlar ermənilərin Ağdamda törətdiyi vandalizm aktları ilə tanış olurlar.

Onlar Ağdam şəhərində dağıdılan tarixi, mədəniyyət abidələrinə baxış keçiriblər.

Nümayəndə heyətinə Ermənistanın törətdiyi vəhşilik barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərdən ibarət qrup Ağdamdan əvvəl Şuşa və Gəncəyə səfər ediblər.

Gununsesi.info