Zərif Azərbaycana BU SƏBƏBƏ görə gəlir

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri iki ölkə rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, səfər çərçivəsində ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, M.C.Zərif sabah Azərbaycan və Ermənistana səfər edəcək.