Göygöldə küçə itini yaralayan şəxsin kimliyi bilindi

Sosial şəbəkələrdə Göygöl şəhərində 1 nəfərin küçədə sahibsiz itə atəş açmasını əks etdirən görüntülər yayılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Gununsesi.info-ya bildirib ki, hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilib:

“Göygöl RPŞ-nin keçirdiyi müvafiq tədbirlər nəticəsində rayon ərazisindəki sahibsiz itə qarşı rəhimsiz rəftar edən və onu atasına məxsus ov silahı ilə ataş açaraq yaralayan şəxsin rayon sakini Yusif Bağırov olması müəyyən edilib. Hazırda təhqiqat araşdırmaları davam etdirilir, əmələ hüquqi qiymət veriləcək”.

 

Gununsesi.info