Göygöldə iki nəfər dəm qazından boğularaq ölüb

  • By ilhame
  • 23 Yanvar 2024 20:52

Göygöl şəhərində dəm qazından zəhərlənən iki qadın dünyasını dəyişib.

 

Gununsesi.info-nun məlumatına görə, şəhərdəki mənzillərin birində 1967-ci il təvəllüdlü Məmmədova Aygün və onun anası, 1934-cü il təvəllüdlü Məmmədova Minayə ölmüş vəziyyətdə aşkarlanıb.

 

Onların dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info