Bu restoran sahibləri cərimələndi

Ölkədə fəaliyyət göstərən bir neçə restoran və ictimai iaşə obyektlərinin vəzifəli şəxsləri cəzalandırılıb.

Bu barədə Gununsesi.info -ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

HTML tutorial

Bildirilib ki, Bakıda “Garden Hall”, “Nardança”, “Xan Bağı”, “Muğam Ocağı”, “Bulaq”, “Həkəri”, Sumqayıtda “Love Palace”, “Ad günü”, “Mübariz”, “Romance”, “Buxara”, “Fayton”, “Pine Park”, Gəncədə “Kübar”, “Dan ulduzu”, “Sübhan” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.

 

Gununsesi.info