
Rusiyalı aktyor, kaskadyor, şair və yazıçı Vladimir Jarikov 85 yaşında vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu haqda Rusiya Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Qeyd edək ki, Jarikovun yaradıcı tərcümeyi-halında həm aktyor, həm də kaskadyor kimi iştirak etdiyi 80-dən çox film layihəsi var.
Onun iştirakı ilə çəkilmiş filmlər arasında “D’Artanyan və üç muşketyor”, “Görüş yerini dəyişmək olmaz”, “XX əsrin quldurları” yer alır.
Gununsesi.info