Goranboyda kişini ildırım vurub öldürdü

  • By admin
  • 29 May 2021 21:37

Goranboy rayonunda ildırım 47 yaşlı kişini vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Ballıqaya kəndində qeydə alınıb. Kənd ərazisindəki yaylaqda mal-qara otaran Laçın rayon sakini, 47 yaşlı Əhməd Əhmədovu ildırım vurub. O, hadisə yerindəcə ölüb.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti olub.

Faktla bağlı araşdırma aparılır .

Gununsesi.info