
Mingəçevirdə şagird məktəbin üçüncü mərtəbəsindən yıxılıb.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Texniki Humanitar Liseydə baş verib.
Liseyin 7-ci sinif şagirdi, 13 yaşlı Məmmədova Solmaz Telman qızı ehtiyatsızlıq nəticəsində üçmərtəbəli lisey binasının üçüncü mərtəbəsindən yerə yıxılıb.
Müxtəlif bədən xəsarətləri alan şagird xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info