Əfqanıstanda müəllimləri daşıyan avtobus partladıldı – 3 ÖLÜ 15 YARALI

  • By admin
  • 29 May 2021 21:15

Əfqanıstanın şimalında yol kənarında quraşdırılan bomba universitet işçilərini daşıyan avtobusun partlaması ilə nəticələnib.

Gununsesi.info “bdnews24.com”a istinadla xəbər verir ki, hadisə zamanı 3 müəllim ölüb, 15 nəfər yaralanıb.

Hadisə Parvan əyalətinin paytaxtı Çarıkarda baş verib. Polis sözçüsü Səlim Noori bildirib ki, avtobusda Əl-Biruni universitetinin müəllimləri var idi.

Ali Təhsil Nazirliyinin sözçüsü Hamed Obaidi isə bildirib ki, yaralı müəllimlərdən bəzilərinin vəziyyəti ağırdır.

Hadisənin məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, yol kənarındakı bombalar, nəqliyyat vasitələrinin altına bağlanan kiçik maqnit bombaları və digər hücumlar son aylarda Əfqanıstanda təhlükəsizlik qüvvələrini, hakimləri, dövlət məmurları, vətəndaş cəmiyyəti fəallarını və jurnalistləri hədəf alıb.

Gununsesi.info