
Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Heydər Əliyev prospetində qeydə alınıb.
Keçmiş Milli Qəhrəman, 1956-cı il təvəllüdlü Əkbərov Rasim Ağa oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, R.Əkbərovu bıçaqlayan şəxs gənc oğlandır.
Rasim Əkbərovu bıçaqlamaqda şübhəli bilinən Xaliq Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info