
Slovakiyada peyvənd yaşı 5-ə endirilib.
Gununsesi.info “Sözcü”yə istinadla xəbər verir ki, Slovakiya hökumətinin qərarı ilə bu ölkədə 5-11 yaşlı uşaqlar da peyvənd vurdura biləcəklər.
Bunun üçün ilk olaraq valideynlərin icazəsi, daha sonra həkimin məsləhəti lazımdır.
Qərar ölkədə 3-cü doza vaksinlərin vurulmağa başladığı gündən qüvvəyə minəcək.
Qeyd edək ki, bu günə qədər Slovakiyada 12 mindən artıq insan koronavirusdan dünyasını dəyişib.
Gununsesi.info