
Bakı şəhər sakinindən beş aydır ki, külli miqdarda vəsait alınıb və geri qaytarılmayıb.
Bununla bağlı zərərçəkmiş – 1972-ci il təvəllüdlü Yusif Nəcəfov polisə müraciət edib.
O bildirib ki, cari ilin aprel ayında 1986-cı il təvəllüdlü Afiq Məmmədov onu aldadıb və 94.000 manat pulunu alıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində araşdırma aparılır.
Gununsesi.info