
Qələbə qazanacağımıza inanırdıq.
Bunu Gununsesi.info-ya açıqlamasında “Neftç”nin basketbol komandasının baş məçqçisi Anar Sarıyev “Xəzri”yə 65:61 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunu barədə danışarkən deyib.
Mütəxəssis matçın startının onlar üçün çətin keçdiyini söyləyib: “Rəqib hücumda daha yaxşı idi. Biz isə müdafiədə pis təsir bağışladıq. Lakin özümüzü toparladıq və qələbə qazana bildik. İlk dəqiqələrdən bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm”.
Anar Sarıyev “ağ-qaralar”ın avrokubokda iştirak etmək ehtimalına toxunub: “Klubun rəhbəri Sadıqov Sadıqov da bunu istəyir. Kuboku qazanmaq komandaya mənəvi cəhətdən çox faydalı olacaq. Oyunçularımız daha çox motivasiya topladılar”.
Gununsesi.info